Zəngilan hava limanı üçün beynəlxalq aeronaviqasiya kodları və tezlikləri alınıb

AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu mərhələ əldə olunub.

AZAL QSC-nin nəzdində fəaliyyət göstərən “Azəraeronaviqasiya” (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.

Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.

Leave a Reply