Tanınmış publisist-jurnalist Qalina Mikeladze vəfat edib

Azərbaycanın tanınmış publisit-jurnalisti, əməkdar jurnalist, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.

TIME bildirir ki, Qalina Mikeladze mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.

Onun, eyni zamanda, redaktor kimi, bir neçə nəsil peşəkar jurnalistin yetişməsində böyük rolu olub.

Qeyd edək ki, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.

Leave a Reply