Azərbaycan Premyer Liqasında komandalarının sayı 10-a çatacaq

Növbəti mövsümdə Premyer Liqada Azərbaycan komandalarının sayı 10-a çatacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov konfransda hesabat məruzəsi ilə çıxış edərkən qeyd edib ki, qurumun strategiyasına uyğun olaraq bu istiqamətdə hazırlıq işləri gedir: “Fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik”.

Bölgə futbolunun hər zaman diqqət mərkəzində olduğunu qeyd edən icraçı vitse-prezident pandemiya ilə əlaqədar bir müddət bu sahədə çətinliklərin olduğunu, lakin karantin qaydaları yumşaldıqdan sonra AFFA rəsmilərinin müxtəlif bölgələrə silsilə səfərlərinin təşkil olunduğunu, uşaq komandalarına idman geyimləri, toplar verildiyini, müxtəlif bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirildiyini bildirib.

Pandemiyanın uşaq və gənclər arasında təşkil olunan yarışlara da təsirsiz ötüşmədiyini deyən E. Məmmədov, çətinliklərə baxmayaraq, liqaların bərpa olunduğunu və yaxın zamanda ən kütləvi turnir olan “Məktəbli Kuboku” yarışına da yenidən start verilməsinin planlaşdırıldığını qeyd edib.

Leave a Reply