Azeri Light-ın qiyməti artım dinamikasını bərpa edir

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti artaraq 1 barrel üçün 86 dolara yaxınlaşır.

TIME Oilprice-ın reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti 2022-ci il yanvarın 7-də müşahidə edilən 86, 29 dollaradək artımdan sonra cari həftənin əvvəlində azalmaya baxmayaraq bu gün artıb.

Yanvarın 12-ə olan məlumata əsasən Azeri Light markalı neftin qiyməti hazırda 85,52 dollar təşkil edir.

Azərbaycan nefti qiymətə görə hazırda İndoneziyanın Duri markalı (85,80 доллар) neftindən sonra dünya üzrə ikinci yerdədir.

Leave a Reply