Sabah hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 13-də havanın temperaturu 8-10° aşağı enəcək. Ölkə ərazində gözlənilən əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 15-20 m/s, arabir 25 m/s, 14-ü gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 13-ü axşamdan başlayaraq arabir yağıntılı olacağı, 14-ü gün ərzində bəzi yerlərdə sulu qara keçəcəyi, şəhərin nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Yanvarın 13-ü səhər Naxçıvan MR-da, gündüz Şərqi-Zəngəzur, Qarabağ bölgəsində və Böyük Qafqaz zonasında qar yağacağı, axşama doğru isə əksər rayonlarda yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, gecə və səhər bəzi Kür vadisi rayonlarda (Qazax-Gəncə, Mərkəzi-aran) arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-12° aşağı enəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Leave a Reply