“Azersu” OJSC əhaliyə bu gün içməli suyun verilməsində məhdudiyyətlərlə bağlı xəbərdarlıq edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 11 yanvar 2022-ci il tarixində gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.