Ailə həkimliyi, ictimai səhiyyə və təcili tibb üzrə mütəxəssislər yetişdirəcək kafedralar yaradılır

Azərbaycanda əhaliyə ilkin səhiyyə xidmətinin təşkili və ilkin səviyyə tibb xidməti göstərilməsi üçün mütəxəssislərə olan ehtiyacın artması ilə bağlı Tibb Universitetində yeni iki kafedra yaradılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş yeni Təhsil Proqramının peşə kompetensiyaları, proqramın təlim nəticələri ilkin səhiyyə xidmətinə uyğun hazırlanıb, peşə profilində məzunların ilkin səhiyyə xidmətində fəaliyyət göstərməsi nəzərdə tutulduğunu qeyd edib: “İlkin səhiyyə xidmətini göstərə bilməsi üçün tələbələrin daha çox ailə həkimliyi, ictimai səhiyyə və təcili tibb üzrə praktik bacarıqlara sahib olması vacibdir. Bu məqsədlə də təcili tibb sahəsində yeni strukturların yaradılması və mütəxəssislərin hazırlanması zərurətə çevrilmişdir”.

S.Cavadovun sözlərinə görə, yuxarıda qeyd olunanlara rəğmən baza tibb təhsilinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, müasirləşdirilməsi, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması nəzərə alınıb. Beləliklə, proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması məqsədilə 2022-2023-cü tədris ilindən etibarən “Təcili tibb” kafedrasının yaradılması məqsədəuyğun hesab edilib. 

Dünyada tibb təhsili sahəsində magistratura və doktorantura proqramlarının da mövcud olduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu proqramlardan məzun olanlar tibb universitetlərində yaradılmış Tibb təhsili kafedralarında mütəxəssis kimi çalışırlar: “Bununla yanaşı, tibb təhsili mütəxəssisləri Türkiyə də daxil olmaqla bir çox ölkələrdə dövlət və qeyri-hökumət təşkilatlarında tibb təhsili ilə əlaqəli tədqiqat və təhsilin planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsində mütəxəssis və ya konsultant olaraq fəaliyyət göstərə bilirlər.

Beynəlxalq arenada olduğu kimi, Azərbaycanda da elm sahəsində tibb təhsilinin inkişafına töhfə verən, akademik tədqiqatlar aparan insan gücünün hazırlanmasına ehtiyac var. Bu proqramlar, eyni zamanda sağlamlıq elmlərinin stomatologiya, tibb bacısı, əczaçılıq kimi sahələrində də təhsil istiqamətli mütəxəssislərin hazırlanmasına kömək edir”.

S.Cavadov onu da diqqətə çatdırıb ki, tibb təhsili mütəxəssislərinin əsas vəzifəsi həm tibb, həm də sağlamlıq elmləri sahəsində bacarıqların inkişaf etdirilməsi istiqamətində təhsil vermək, tədqiqatlar aparmaq, təhsil proqramlarının hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir. Tibb təhsili mütəxəssislərinin digər vəzifələri ölçmə-qiymətləndirmə sistemlərinin əsaslarını hazırlamaq, təhsildə və tədrisdə qəbul edilən innovativ yeniliklərlə professor-müəllim heyətini tanış etmək, professor-müəllim heyətinin pedaqoji peşəkarlığını artırmaq üçün vaxtaşırı təlimlər keçirmək, yeni pedaqoji fəaliyyətə başlayan təhsil verənləri tədris prosesinə hazırlamaqdan ibarətdir.

Bütün bunlar Azərbaycan Tibb Universitetində “Tibb və sağlamlıq elmləri təhsili” kafedrasının da yaradılmasını zərurətə çevirib. 

Qeyd edək ki, adları çəkilən kafedraların yaradılması barədə məsələ Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin təqdimatı ilə Böyük Elmi Şuranın müzakirəsinə çıxarılıb. Elmi şuranın üzvləri hər iki kafedranın yaradılmasına razılıq veriblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma