Milli Məclis “Media haqqında” qanun layihəsini qəbul edib

“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılıb və qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, üçüncü oxunuşda qanuna edilən dəyişikliklərə əsasən, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub.

İkinci düzəliş 14.1.11-ci maddəsində “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlən məsini nəzərdə tutur.

Layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası aydın nəzərdə tutulmadığını nəzərə alaraq, layihəyə yeni 30.8-ci maddə əlavə olunub və burada artıq dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımcısı lisenziyası ala bilərlər”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma