Dünyada ilk dəfə vulkanlar seysmik stansiyalar vasitəsi ilə izlənəcək

Azərbaycan dünyada ilk dəfə vulkanların seysmik stansiyalar vasitəsi ilə izlənməsi və öyrənilməsi təcrübəsini sınaqdan keçirəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bu haqda mərkəzin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair  hesabatı təqdim edğrkən bəhs edib.

O, RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələrini təqdim edib və bildirib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyaların məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi  aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi),  7975-i isə Azərbaycan və ona  bitişik ərazilərdə baş verən zəlzələlərdir. 

Azərbaycan və ona  bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.  Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş verib. 

İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də  Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub.  Böyük  Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhəddində, Gürcüstan-Ermənistan sərhəddində  seysmiklik yüksək olub.  Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb. 

Baş direktor çıxışı zamanı geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar zamanı əldə olunmuş nəticələr haqqında da danışıb. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması bütün sahələrdə olduğu kimi Qarabağın seysmikliyinin öyrənilməsi baxımından RSXM-nin də qarşısında mühüm vəzifələr qoyub. Buna görə də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib. Həmin stansiyaların hazırda mövcud olan mina təhlükəsi aradan qaldırıldıqdan sonra quraşdırılması nəzərdə tutulur. 

Beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə 22 yeni seysmik stansiyanın gətirildiyini bildirən professor həmin stansiyalardan 3-nün artıq fəaliyyətə başladığını, digər stansiyaların isə quraşdırılması prosesinin davam etdirildiyini deyib. O, bildirib ki, bu stansiyalardan 12-i palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da vulkanların seysmik stansiyalar vasitəsi ilə izlənməsi və orada gedən proseslərin öyrənilməsi sahəsində dünyada ilk nümunə olacaq. 

Hesabatda həmçinin RSXM-nin beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunulub. Bildirilib ki, hazırda 30-dan çox xarici ölkələrin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində də uğurlu nəticələri olub. Belə ki, il ərzində Böyük Britaniyanın Oksford Universiteti, Türkiyə Respublikası DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Ukrayna Elm və Texnologiya Mərkəzi, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC), ABŞ-ın Missiru Universiteti, Fransa-Azərbaycan Universiteti, Strasburq Universiteti, Gürcüstan Respublikasının İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzi, Meksikanın Milli Muxtar Universiteti və Meksikanın Seysmoloji Mərkəzi, Böyük Britaniyanın Kembric Universiteti ilə ikitərəfli əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi sahəsində mühüm müzakirələr aparılıb. Mərkəz tərəfindən respublika ərazisində baş verən zəlzələlər haqqında məlumatlar www.seismology.az saytı vasitəsi ilə mütəmadi olaraq operativ şəkildə ictimaiyyətə çatdırılır. Həmçinin, RSXM-nin fəaliyyətinin sosial şəbəkələrə (Vikipediya, Facebook, Telegram, YouTube) çıxışı da təmin edilib.

Hesabatın təqdimatından sonra RSXM-nin baş direktoru tərəfindən AMEA-nın Yer Elmləri Bölməsinin üzvülərini maraqlandıran suallar cavablandırılıb. Hesabat bölmə üzvüləri tərəfindən qəbul edilib. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma