Kənd təsərrüfatında sığortalanan yeni bitki və heyvan növlərinin siyahısı genişləndirilib

Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin 398 nömrəli Qərarına dair izahına əsasən, Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma