Sabah sulu qar yağacaq

Milli Hidrometeorologiya Xidməti bu gündən etibarən hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dekabrın 22-dən 25-dək arabir yağıntılı olacağı proqnozlaşdırlıb.

Yağışın bəzi yerlərdə intensivləşəcəyi, dekabrın 23-24-də sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Qısamüddətli fasilədən sonra dekabrın 25-dək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Azərbaycanın şimal və qərb rayonlarında dekabrın 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Dekabrın 25-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi və yolların buz bağlayacağı ehtimalı var.

Leave a Reply