Yeni sosial islahatlar 732 min şəxsi əhatə edir

Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.

Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir: 

  • Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;
  • Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;
  • Yaşa görə müavinət alanlar;
  • Ailə başçısını itirməyə görə müavinət alanlar;
  • Müddətli hərbi xidmətdə olanların uşaqları;
  • Uşaqların qəyyumları;
  • Beşdən çox uşağı olan qadınlar;
  • Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;
  • Övladlığa uşaq götürənlər;
  • İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;
  • “Xalq” və “Əməkdar” fəxri adı olanlar;
  • Doktorant və tələbələr.

Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:

  • Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  • Dəfn üçün birdəfəlik müavinət.

Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin  əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Leave a Reply