Ümrə ziyarətinin qiyməti açıqlanıb

2022-ci il yanvarın 13-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən növbəti Ümrə ziyarəti planlaşdırılır. Həmin vaxt Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dolları təşkil edir. Qiymət otellərə görə dəyişə bilər.

TIME Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.”Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar.

Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.

Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər”, – deyə o bildirib.

V.Cahangiri qeyd edib ki, səfər edənlərdən COVİD pasportu tələb olunur: “Hazırda 2 “Sinovac” + 1 “Pfizer” və ya iki “Pfizer” olan pasport tələb olunur. Hələ ki, iki doza “Sinovac” olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma