Bursa Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq

Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkiblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində  əməkdaşlığın inkişafı istiqamətində Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Razılaşmaya əsasən, peşə təhsili pilləsində tədris verən müəllimlərin qarşılıqlı mübadiləsi, təcrübə səfərlərinin həyata keçirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyi tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər əldə olunan razılaşmanın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Vurğulanıb ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin təhsil səviyyəsinə müsbət töhfə verəcək.

İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri qarşılıqlı şəkildə təqdim edilib.

Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub.

Qeyd edək ki, 12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma