Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil, 78 maddədən ibarətdir.