Dövlət Radiotezliklər İdarəsi rebranding edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi həyata keçirilən islahatlar çərçivəsində rebrendinq edilməklə özünün yeni loqosunu təqdim edib.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təqdimat mərasimində bildirilib ki, Dövlət Radiotezliklər İdarəsi tərəfindən texniki layihələrin icrası ilə yanaşı, korporativ idarəetmə sisteminin tətbiqi və yeni imicin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu çərçivədə bir müddət öncə idarənin yeni saytı – www.dri.az da istifadəyə verilib.

Qeyd olunub ki, yeni loqo idarənin adının abreviaturasını, radiotezlik simvolunu, radiotezliklərdən səmərəli istifadə və məhdud olması elementlərini  özündə əks etdirir.

Məlumat üçün bildirək ki, Dövlət Radiotezliklər İdarəsi Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün  radiotezlik  idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma