“Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” – VİDEO

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Forum Təhsil Nazirliyi, Təhsil İnstitutu (ARTİ) və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə keçirilib. 

450-ə yaxın iştirakçının qatıldığı, yerli və xarici mütəxəssislərin çıxış etdiyi beynəlxalq forumun məqsədi erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək, cəmiyyəti bu haqda maarifləndirmək, erkən uşaq inkişafında təhsilin önəmi və inkişaf mexanizmləri haqqında məlumat vermək olub.

Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə bu sahədə baş verən nailiyyətlərdən, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb. 

Sonda forumun təşkilatçılarına təşəkkür edən Rüfət Əzizov iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqindən sonra Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi  Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi  Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi  Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil Siyasəti və İdarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, “T-Network” platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, müxtəlif mövzulara toxunublar.

Qeyd edək ki, “Erkən uşaq inkişafı” beynəlxalq onlayn forumunun gələcəkdə davamlı keçirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma