DSMF-nin 2022-ci il büdcəsi birinci oxunuşda qəbul edilib

Milli Məclis “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edib.

TIME bildirir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Leave a Reply