Sergey Şoyqu Azərbaycan sərhədində vəziyyəti sabitləşdirməyə hazır olduğunu bildirib

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, telefon danışığı əsnasında general-polkovnik Z. Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Leave a Reply