Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” alt sistemi yaradılır

Azərbaycan Respublikası Prezidenti Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi (bundan sonra – altsistem) yaradılacaq.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını bir ay müddətində təmin etməlidir və aşağıda göstərilən dövlət orqanlarının altsistemə çıxışını təmin etməlidir, altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;2.4. “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları:

  • altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu almış şəxslərə dair məlumatların altsistemə daxil edilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;
  • şəhid və şəhid ailəsi statusunun, habelə müharibə veteranı statusunun verildiyi tarixdən beş iş günü müddətində bu barədə məlumatın altsistemə daxil edilməsini təmin etsinlər.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişikliklərlə burada tanış ola bilərsiniz.

3 thoughts on “Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” alt sistemi yaradılır”

  1. Bu vetirnaliq ne vaxta kimi veriləcəy və nə vaxt alınacaq zəfər alt sisteminə girirəm ordan qeydiyyatdan keçəm alınmır və yoxdur necə yoxluya bilərik ki bizlere düşür düşmür?

  2. Salam Mən Məmmədov Amil Vidadi oğlu . Xızı rayon Tixli kəndi yasayiram . Mən Məmmədov Amil Vidadi oğlu 10,10,2020- də . Xızı rayon Hərbi komissarlığı tərəfindən ,Səfərbəyliklə caqrisda ikinci vətən müharibəsinə getdim .
    282 saylı hərbi hissədə 17,12,2020- çi tarixədək . Ondan sonra isə 287 saylı hərbi hissəyə getmisəm. 18,12,2020- 29,12,2020- çi il tarixədək . Qubadlının mühafizəsində istirak etmisəm. Sizdən xahis edirəmki . Mənə bu dövrlərdə Qarabağda olduqma görə medal və vetranliq dusurmu. Bunu bilmək istəyirəm. İnanıram ki dəqiq bir cavab alacam.

  3. SALAM MEN HETEMOV ƏFQAN SAMEDDIN OGLU 2020 CIL 2CI QARABAG MUHARIBESI BASLAYANDA MENIDE CAGRARARAQ DOYUSDERE QATILDIM VE FUZULI VE XOCEVEND RAYONLARININ ALINMASINDA DOYUSEREK ISTRAK ETDIM INDI CENAB ALIBASKOMANDAN SIZDEN XAIS EDREMKI MENE VETRANLIQ VEREDINIZ HARA GEDREM MENIM ISIME BAXMIRLAR MENE VETRANLIQ VERMIRLER HANSI QURUMA GEDREM O BIRSINE OBIRSIDE ONUN USTUNE GONDETIR XAIS EDREM MENIM ISIME BAXIN IMKANIM YOXDUR 2 USAQIM VAR YOLDASIM XESTEDIR BIR QICI ISDEMIR NOLAR MENIM ISIME BAXIN BIR VETRANKIMI SIZDEN XAIS EDREM BUDA MENIM TELFON NOMREM 0507178007

Leave a Reply