Azərbaycan və Belarus arasında aqrar texnologiya transferi layihəsi müzakirə edilib

Azərbaycan və Belarus arasında aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi  qrupunun 1-ci iclası keçirilib. Onlayn iclasda Azərbaycan tərəfdən Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini İqor Brılo, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb. 

Həmçinin, Azərbaycan və Belarus arasında kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb. Azərbaycanda hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğu diqqətə çatdırılıb.

İşçi Qrupun iclasında iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq  xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.

Tədbirdə Azərbaycan və Belarus arasında aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Belarusun iştirakı məsələləri ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma