Dövlət sosial sığorta şəhadətnaməsi ilə bağlı müddəalarda dəyişikliklər edilib

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən həmin Qanunda dövlət sosial sığorta şəhadətnaməsi ilə bağlı müddəalar ləğv edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılması elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirildiyi üçün dövlət sosial sığorta şəhadətnaməsinə zərurət qalmayıb.

Yuxarıda qeyd edilənlərə əsasən dövlət sosial sığorta şəhadətnaməsi ilə bağlı müddəalar nəzərdə tutulan Nazirlər Kabinetinin qərarlarında dəyişikliyin edilməsi, dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiqini və hazırlanmasını nəzərdə tutan qərarların isə ləğvi ilə bağlı qərar hazırlanıb.

Leave a Reply