Şuşada ilk Milli Musiqi Günü necə keçirilib? – VİDEO/FOTO

Şuşada, 18 sentyabr, 2021-ci il tarixində ilk dəfə Milli Musiqi günü keçirilib. Tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Tədbiri giriş sözü ilə açan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunub: “Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və 29 avqust tarixində cənab Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyev bildirib ki, bugünki tarixi tədbirdə yalnız Üzeyir bəyin vaxtı ilə yaratdığı ansambl deyil, həmçinin, ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçılar iştirak edir, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa edirlər. Nazir müavini Şuşanın mədəniyyət paytaxtı olaraq bundan sonra da bir çox yerli və xarici tədbirlərə ev sahibliyini edəcəyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini bildirib.

Daha sonra Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib. Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.

19 sentyabr, festivalın ikinci günü, Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş  “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutdu. “Dublyaj” kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhliə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Filmin göstərilişindən əvvəl Rəhilə Abbasova, filmin bir ssenari müəllifi və auditoriyanı xoş ovqata kökləyən bir natiq qismində çıxış edərək, filmin çəkiliş ideyası, prosesi və  bu yaradıcı işdən alınan təəssüratlarını bölüşdü.

“Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”,  “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb fraqmentlər göstərildi. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri – dirijor  Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səsləndi.   

Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma