Azərbaycan tennisçisi Bakıda keçirilən beynəlxalq turnirin ikiqat qalibi olub

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq tennis turniri davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə hər il ənənəvi olaraq təşkil etdiyi J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli turnir bu dəfə 14 ölkənin iştirakı ilə, 06 sentyabr – 03 oktyabr 2021-ci il tarixlərində keçirilir.

Yarışlarda Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Belarusiya, Moldova, İsrail, Sinqapur, Hindistan, Portuqaliya və Rumıniyadan ümumilikdə 97 tennisçi iştirak edir. 

4 həftə ərzində təşkil olunan bu turnirlərin ilk iki həftəsində Azərbaycan tennisçisi Tamerlan Əzizov qalib gəlib.

İlk həftənin turnirində tennisçimiz finalda Qazaxıstanlı rəqibi Amir Omarkhanova 6-3, 6-2 hesabı ilə qalib gələrək birinci olub.

Tamerlan ikinci həftənin qalibi adını isə, finalda Rusiya tennisçisi Grigory Shebekinə 6-3, 6-3 hesabı ilə qalib gəlməklə qazanıb.

T.Əzizovu təbrik edirik və gələcək turnirlərdə uğurlar arzu edirik.

Leave a Reply