Arvadını oğlunun gözü önündə öldürməyə cəhd edən şəxs saxlanılıb

Mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, istintaqla zərərçəkmişin əri 1979-cu il təvəllüdlü Rəşad Nəsirovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Sevinc Nəsirovanı azyaşlı oğlunun gözləri qarşısında kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Nəsirova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma