Kiçik marketə giriş üçün COVID pasportu tələb olunacaq – cərimə tətbiq ediləcək

Kiçik marketlərə giriş üçün COVID-19 pasportu hansı halda tələb olunacaq?

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, əgər market iri ticarət mərkəzinin daxilindədirsə, o zaman giriş üçün COVID-19 pasportu tələb olunacaq.

Ancaq market kənarda yerləşirsə, pasport tələb olunmayacaq. Həmçinin bildirilib ki, iri ticarət mərkəzi olan böyük marketlərə giriş üçün də COVID-19 pasportu tələb olunacaq.

Vətəndaş COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olarsa, hansı inzibati tədbirin görüləcəyidə məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olan şəxslər həmin məkandan uzaqlaşdırılacaq və həmin müəssisənin inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, vətəndaş barəsində hər hansı tədbir görülməyəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Leave a Reply