“Anadolu Qartalı – 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib – VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları “Anadolu Qartalı – 2021” təlimində növbəti tapşırığı icra ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.

Leave a Reply