Hemofiliya və talassemiya xəstələrinə müddətsiz əlillik müəyyən ediləcək

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik edilir.

Trend-in verdiyi məlumata əsasən, dəyişikliklə qanunun 9-cu maddəsinin (İrsi qan xəstəliyi olan şəxslərin sosial müdafiəsi) 9.2-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi onlar 18 yaşına çatanadək müəyyən edildikdə, 18 yaşına çatdıqdan sonra bu şəxslərin əlilliyi müddətsiz müəyyən edilir.

Qanunun hazırki bəndi isə belədir: “İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma