Polis əməkdaşı qonşusunu qısqanclıq zəminində öldürüb və intihar cəhdi edib

Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı sevgilisini öldürərək intihara cəhd edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov yaşadığı Yasamal rayonu, qonşuda kirayə yaşayan 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qısqanclıq zəminində qətlə yetirib.

Polis əməkdaşı qadını qətlə yetirəndən sonra onun yaşadığı binanın balkonuna çıxaraq özünü güllələyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Leave a Reply