Pandemiya dövründə yay həyat tərzi ilə bağlı yeni qaydalar hazırlanır

Yaxın zamanlarda pandemiya dövründə açıq havada maskadan istifadə, toyların təşkili və çimərlik fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq: “Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.

Y. Qarayeva Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydaların hazırlandığınada bildirib.

O qeyyyd edib ki, bu və digər məsələlərlə bağlı rəsmi açıqlamaları gözləmək lazımdır: “Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan digər mərasimlərimiz, hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır və ictimaiyyətə açıqlanacaq”.

Bu il də ötən il olduğu kimi çimərliklər müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərə bilər, lakin bu qaydalar TƏBİB tərəfindən tənzimlənmir və bu prosesə TƏBİB tibb qurumu olaraq qiymət verir:

“Ötən il çimərliklərlə bağlı sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər”.

Leave a Reply