Azərbaycanla Rusiya “bulud” texnologiyalarını və elektron imzanın tətbiqini müzakirə ediblər

Azərbaycan Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskvada Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri cənab Maksut Şadayevlə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlər iki ölkə arasında elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Moskva şəhərində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri cənab Maksut Şadayevlə görüşdük. İki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə danışdıq. Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”

https://platform.twitter.com/widgets.js

Leave a Reply