Müəllimlərin işə qəbul müsabiqəsində qiymətləndirmə necə aparılır?

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası daha öncə təqdim olunub. Kitabça ilə müvafiq keçidə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3ooQlnx

Təhsil İnstitutu tərəfindən müvafiq linkə (https://www.arti.edu.az/az/presentation/688-muallimlarin-isa-qabulu-musabiqasinin-qiymatlandirma-carcivasini-izah-edan-videolar) əlavə edilmiş videolarda  isə 20 fənn, metodika ve pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmunu şərh olunur, sual nümunələri təqdim edilir, eyni zamanda həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verilir.

Qeyd edək ki, sözügedən videolar müzakirəyə açıqdır. Müəllimlər və müəllimliyə namizədlər tərəfindən veriləcək rəy və tövsiyələr müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq prosesi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına dəstək göstərəcək

Leave a Reply