Ölkədə bu gün 31-35 dərəcə isti olacaq

Bu gün səhər bəzi yerlərdə zəif duman olub, gün ərzində havanın temperaturu 31-35 dərəcəyədək yüksələcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 

Havanın temperaturu gündüz 26-31 isti olacaq. 

Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edir. Nisbi rütubət gündüz 40-45 faiz olacaq.  

Gün ərzində Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olub. Şərq küləyi əsir. Havanın temperaturu gün ərzində 30-35 isti olacaq, dağlarda gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz:

Bu gün Abşeron yarımadasında meteoroloji amillərin  zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir. 

Leave a Reply