Uşaq Psixonevroloji Mərkəzə ayda 1000-dən çox nəfər müraciət edir – FOTO

Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova ayda 1000-dən çox 14 yaşadək uşağın mərkəzdə müayinə və müalicə olunduğunu bildirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mərkəzin işçilərin 90%-i müəssisədə vaksinasiya olunub.

Mərkəz haqqında qısa məlumat verə bilərsinizmi?

Müəssisəmiz Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Vaxtı ilə körpələr evi kimi fəaliyyətə başlamış, sonradan Psixonevrolji Uşaq evinin bazasında 100 çarpayılıq psixonevroloji uşaq şöbəsi yaradılıb. 2009-2019-cu illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi və iştirakı ilə “körpələr evinin” köhnə tikilisinin yerində 5 mərtəbəli “Uşaq Psixonevroloji Mərkəzi” və tərkibində 2 mərtəbəli akt zalı olan yeni tikili inşa edilib. 2020-ci ildən yeni əsaslarla fəaliyyətə başlayıb. Müəssisəmizin maddi texniki bazası genişləndirilib, yenilənib, həmçinin müasir tibbi avadanlıqlarla təhciz olunub. Görülmüş işlərin nəticəsi olaraq Psixonevroloji profil üzrə xəstə uşaqlara ixtisaslaşdırılmış kompleks yardımın göstərilməsi üçün lazımi şərait yaradılıb və hazırda bu proses davam etdirilir.

Əksərən müalicə alan uşaqlar hansı şikayətlərlə müraciət edirlər?

Mərkəzimizdə müxtəlif psixonevroloji pozuntudan əziyyət çəkən uşaqların müalicəsi aparılır. Burada hidrosefaliya, mikrosefaliya, uşaq serebral iflici, epilepsiya, autizm, psixofiziki inkişafın müxtəlif tipli ləngimələri, həyəcan pozuntusundan, depresiv pozuntudan və s. xəstəliklərdən əziyyət çəkən uşaqlara müasir səviyyəli diaqnostik, müalicə profilaktik, ixtisaslaşdırılmış tibbi yardım və kompleks reabilitasiya tədbirləri təşkil edilib.

Mərkəzin hansı fəaliyyət istiqamətləri mövcuddur?

Müəssisəmizdə müxtəlif şöbələr və bölmələr fəaliyyət göstərir. 100 çarpayı üçün nəzərdə tutulmuş müəssisəmizdə:

1. 40 çarpayılıq birinci psixonevroloji şöbə

2. 30 çarpayılıq ikinci psixonevroloji şöbə ,

3. 30 çarpayılıq gündüz stasionarı,

4. müalicə-konsultativ poliklinika şöbəsi

5. fizioterapiya və tibbi bərpa bölməsi

6. tibbi sosial reabilitasiya şöbəsi

7. təşkilati metodik bölmə

8. funksional diaqnostika kabineti və kliniki diaqnostika laboratoriyası fəaliyyət göstərir.

Mərkəzdəki uşaqların yaş aralığı necədir?

Körpələr evi şöbəsi kimi fəaliyyət göstərən birinci psixonevroloji şöbədə valideyn himayəsindən məhrum olan xəstə uşaqlar yaşayır. Burada onların tibbi müalicəsi və sosial reabilitasiyası istiqamətində işlər aparılır. Ümumilikdə Mərkəzimizdə 14 yaşınadək uşaqların müayinə və müalicəsi aparılır.

Hazırda Mərkəzdə neçə uşaq müalicə alır?

Hazırda müəssisəmizdə körpələr evi şöbəsində 25 uşaq müalicə alır və yaşayır. Ümumilikdə ambulator olaraq mərkəzə müraciət edənlərin sayı bu ay üçün 230 yeni gəliş olub. Ümumi gəlişlərin sayı isə ay ərzində 1000-i keçib.

Mərkəzdə müalicə alan uşaqlar həssas qrupa aid olan uşaqlar sırasındadır. Pandemiya şəraitində onların təhlükəsizliyi üçün hansı qabaqlayıcı tədbirlər görürsünüz?

COVID-19 infeksiyasına qarşı müəssisəmiz çox məsuliyyətlə tədbirlər görür. Belə ki, işçilərin 90%-i öz müəssisəmizdə vaksinasiya olunub. Valideynlərin girişdə hərarəti ölçülür, dezinfeksiya olunur, maskalardan istifadə olunmaqla, məsafə saxlamaqla müəssisəyə uşaqlar daxil edilir və mütəxəssisə təhvil verilir. Bu zaman virusun yayılmasının qarşısını almaq üçün lazımi olan bütün tədbirlərdən istifadə olunur. Belə ki, temperatur ölçülür, kiçik belə hərarət varsa qəbul edilmir. Eyni zamanda da ailədə virusa yoluxmuş və ya yoluxmağına dair şübhəli şəxslər varsa 2 həftə müddətində müəssisəyə girişi təxirə salınır. Eyni proses işçilərə də aiddir ki, işçilərimiz pandemiya dövründə qrafik üzrə işə çıxırlar. Müəssisədə hər gün qrafikə uyğun dezinfeksiya işləri aparılır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müəssisədə yaşayan uşaqlarımız və işçilərimiz il ərzində mövcud dispanserizasiyadan keçirilir, uşaqlara immunuzasiya və vitaminoterapiya aparılır.

Valideynlər mərkəzə hansı hallarda və necə müraciət edə bilərlər?

Məkəzimizə müraciət edən pasientlər ilk olaraq təcrübəli həkimlərimiz tərəfindən müayinə olunur, xəstəliyin ağırlıq dərəcəsi müəyyən olunduqdan sonra uyğun müalicə planı hazırlanaraq mövcud tibbi xidmətlər təyin olunur ki, bunlara konservativ müalicə ilə yanaşı psixopedaqoji, loqopedik, bədən tərbiyəsi kimi xidmətlər daxildir.

Qeyd etmək istərdim ki, dövlətimiz xüsusi qayğıya ehtiyacı olan insanları böyük diqqət mərkəzində saxlayaraq hər cür yardım göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma