Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
![](https://i0.wp.com/time.net.az/wp-content/uploads/2021/03/covid-stat.jpeg?resize=474%2C329&ssl=1)
Ölkədə indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.
Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2 671 613 test aparılıb.