YAŞAT Fondu müharibə iştirakçılarının sosial problemlərini həll edir – VİDEO

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsi ilə bağlı sualları cavablandırıb.

TIME Trend-ə istinadən bildirir ki, “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışında Azərbaycan dövlətinin şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsi, onlara göstərilən yüksək diqqət və qayğı, bu məqsədlə yaradılan “YAŞAT” Fondunun fəaliyyəti, gələcəkdə nəzərdə tutulan yardım və güzəştlər müzakirə edilib.

Buraxılışda şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdə olduğu qeyd edilib.

Elvin Hüseynovun sözlərinə əsasən, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.

O, əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.

Fondun rəhbəri 20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənildiyini də bildirirb.

O qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlarla, təhsil müəssisələri ilə danışıqlar aparılıb, razılıq əldə olunub: “Şəhid ailə üzvlərinin bir çoxunun təhsil xərclərini elə təhsil müəssisələrinin özləri ödəyib, bəziləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb”.

E.Hüseynovun sözlərinə görə, eyni zamanda “YAŞAT” Fondu tərəfindən 17 nəfər əməliyyata cəlb olunub, bunların içərisində ağır yaralı olan qazilər də var.

Leave a Reply