“Xristian irsimizi tanıyaq”: Müqəddəs Jen-Mironosits kilsəsi- VİDEO

Yanvarın 7-də Pravoslav xristian dünyası Milad bayramı qeyd edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə ölkəmizin ərazisində yaşayan xristian icmasını bu müqəddəs bayram münasibəti ilə təbrik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, prezident əmin olduğunu bildirib ki, pravoslav xristian icması ümumi evimiz olan Azərbaycanın tərəqqisi və daha da güclənməsi naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcək.

“Əziz həmvətənlər! Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!”, – deyə təbrikdə qeyd edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi öz növbəsində “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Leave a Reply