Qrossmeyster Teymur Rəcəbov şahmat turnirində qələbə qazanıb

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu beynəlxalq şahmat turnirində qələbə qazanması münasibəti ilə təbrik ediblər.

 TIME rəsmi mənbəyə istinadən bildirir ki, Teymur Rəcəbov “Airthings Masters” beynəlxalq şahmat turnirində qalib olub.

Təbrik məktubunda qrossmeysterə yeni şahmat zirvələrini fəth etmək arzu ediblər: “Əziz Teymur, “Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik. Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir. Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik. Hörmətlə, İlham Əliyev və Mehriban Əliyeva”.

Qeyd edək ki, Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında erməni rəqibi Levon Aronyanla mübarizə aparıb və qalib qəlib. Teymur Rəcəbov dünən birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

Yarışın ümumi mükafat fondu 200 min dollardır, qalib 60 min dollar mükafat alacaq.

Leave a Reply