Klimatik dəyişikliklər müsəlman ölkələrinə diqqəti çəkir

Səudiyyə Ərəbistanın yaşıllıqları və İranla İraqda yağan güclü qar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səudiyyə Ərəbistanından olan sosial şəbəkə istifadəçiləri yaşıllaşmış səhraların drondan çəkilmiş görüntüləri ilə paylaşırlar, ətrafı “yaz” yaşıllığı örtüb. Ölkədə şiddətli yağışlar yağır. Dekabr ayında ölkədə havanın hərarəti gündüz 18-21 dərəcə, gecə isə 7-8 dərəcə isti təşkil edir, halbuki bu vaxt ölkə üçün klimatik norma gündüz 25 dərəcə, gecə isə 9,5 dərəcə istidir.

https://platform.twitter.com/widgets.js https://platform.twitter.com/widgets.js

İran və İraq sakinləri isə, ölkələrin şimal və mərkızi hissələrində müşahidə olunan sıx qar yağıntılarının foto və video görüntüləri ilə paylaşırlar. Şəhər səkilərində yarım metr hündürlüyündə qar örtüsü var. İraqın Süleymaniyyə valiliyində qış ərzində ilk qar yağıb.

https://platform.twitter.com/widgets.js
//www.instagram.com/embed.js

Leave a Reply