Zəfər Günü, maskalar və karantin qaydalarını pozmağa görə cərimələrlə bağlı yeni qərarlar qəbul edilib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib və 16 məsələ müzakitrə edilib.

TIME yerli mətbuatın verdiyi məlumatlara istinadən bildirir ki, iclasda ilk öncə Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.

Daha sonra Azərbaycanda karantin rejimini pozanların daha böyük məbləğdə cərimə ediləcəyi ilə bağlı məsələ iclasda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Eyni zamanda maska taxmamağa görə də cərimlər artırılıb. Belə ki, bu gün ki iclasda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə bu məslə ilə bağlı dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırda isə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Leave a Reply