Azərbaycanda yeni təsdiqlənmiş Uşaqlara dair strategiya üzrə Fəaliyyət Planı nələri nəzərdə tutur?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası 2020–2030-cu illəri əhatə edir və Fəaliyyət Planı onun icrasını təmin edəcək.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək və həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli həvalə edilib.

Fəaliyyət Planı uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsini, erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunmasını, çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanlar yaradılmasını, uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsini, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsini nəzərdə turur.

Leave a Reply