Sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Xatırladaq ki, noyabrın 10-dan etibarən Dağlıq Qarabağa Rusiya Federasiyasının təyin etdiyi sülhmramlıların yerləşdirilməsinə başlanılıb. Ötən gün isə Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağda ortaq koordinasiya mərkəzinin yaradılması ilə bağlı memorandum imzalanıb. Beləliklə, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ ərazisinə azərbaycanlıların qayıtması hər iki dövlətin hərbçilərinin müşahidəsi ilə həyata keçiriləcək və regionda sabit sülh şəraiti bərqərar olacaq. 

Leave a Reply