Rusiya Xarici İşlər Naziri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrıca görüşlər keçirib

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının Xarici İşlər Naziri Zohrab Mnatsakanyan ilə arasındakı danışıqlar keçirib.

TIME Rusiya XİN-nin rəsmi məlumatına istinadən bildirir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla son telefon danışıqlarınln nəticəsində, 20 və 21 oktyabr tarixlərində Moskvada Rusiya Xarici İşlər Nazirinin ölkələrin xarici işlər nazirləri ilə ayrı-ayrı görüşləri baş tutub.

S. Lavrov Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan ilə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə ediblər.

Leave a Reply