Azərbaycan ordusu növbəti 25 kəndi işğaldan azad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:

Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.
Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!“, – deyə Azərbaycan Prezidenti zəfər xəbərləri ilə ictimaiyyətimizi sevindirib.

Leave a Reply