Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır

Azərbaycan Təhsil Nazirliyi şagirdlərin elektron yerdəyişməsi prosessini müvəqqəti təxirə salıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Leave a Reply