Özünüməşğulluq proqramı çərçivəsində 250-dək vətəndaşa banklar tərəfindən aktivlər verilib

Bu il artıq 250-dək özünüməşğulluq proqramı iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib.

TIME Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının cari ildə banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi işləri Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Leave a Reply