Etiket arxivi: #Yasamal

Yasamalda su kəmərində qəza baş verib

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

Su borusunun partlaması nəticəsində ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.

Ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,7 mln manat vəsait ayrılıb

    Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Oxumağa davam et Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,7 mln manat vəsait ayrılıb

    Azərbaycan Prezidenti xanımı ilə birgə Yasamalda yeni meşə tipli parkın açılışında olublar

    Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

    Oxumağa davam et Azərbaycan Prezidenti xanımı ilə birgə Yasamalda yeni meşə tipli parkın açılışında olublar