Etiket arxivi: #XİN

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Bu gün, 16 avqust tarixində, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.

Oxumağa davam et Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Azərbaycan XİN Paşinyana cavab verdi

20 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Parlamentində çıxışı zamanı 44 günlük müharibə zamanı və ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib.

Oxumağa davam et Azərbaycan XİN Paşinyana cavab verdi

XİN Ermənistanın Təhlükəsizlik Şurasının katibinin müsahibə zamanı səsləndirdiyi iddiaları şərh edib

Azərbaycan Xarici İşlər Nazirliyi 4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddiaları şərh edərək bilirib ki, onun növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.

Oxumağa davam et XİN Ermənistanın Təhlükəsizlik Şurasının katibinin müsahibə zamanı səsləndirdiyi iddiaları şərh edib

Azərbaycan Ermənistanın qərəz dolu bəyanatını qətiyyətlə rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Prezident cənab İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edib.

Oxumağa davam et Azərbaycan Ermənistanın qərəz dolu bəyanatını qətiyyətlə rədd edib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunları açlqlanıb

19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Oxumağa davam et Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunları açlqlanıb

Ceyhun Bayramovun Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib

17 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib.

Oxumağa davam et Ceyhun Bayramovun Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

15 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

XİN: Kişinyov görüşündə Azərbaycanın iştirakına dair yekun razılıq hələlik mövcud deyil

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair yerli mətbuatın sualını cavablanırıb.

Oxumağa davam et XİN: Kişinyov görüşündə Azərbaycanın iştirakına dair yekun razılıq hələlik mövcud deyil

XİN: Laçın yolu ilə Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minalar daşınıb

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialarını şərh edib.

Oxumağa davam et XİN: Laçın yolu ilə Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minalar daşınıb

XİN: Nikol Paşinyanın səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik

Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddiaları şərh edib.

Oxumağa davam et XİN: Nikol Paşinyanın səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik

XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik.

Oxumağa davam et XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya səylərinə maneçilik törədir – XİN

17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya səylərinə maneçilik törədir – XİN

Ceyhun Bayramov: Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib

Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin iştirakı ilə mətbuat konfransı keçirilib.

Oxumağa davam et Ceyhun Bayramov: Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib

XİN: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükədir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edib.

Oxumağa davam et XİN: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükədir

XİN: Ermənistan tərəfinin təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunmasına maneə olur

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 30 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavab verib.

Oxumağa davam et XİN: Ermənistan tərəfinin təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunmasına maneə olur

Ermənistan Azərbaycanın suveren ərazilərinə silah, sursat və minalar daşıyır

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentin yanlış qiymətləndirməsi ilə bağlı KİV-nin sualını cavablandırıb.

Oxumağa davam et Ermənistan Azərbaycanın suveren ərazilərinə silah, sursat və minalar daşıyır

XİN: Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.

Oxumağa davam et XİN: Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Türkiyədə zəlzələ nəticəsində 10 nəfər Azərbaycan vətəndaşı həlak olub

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Oxumağa davam et Türkiyədə zəlzələ nəticəsində 10 nəfər Azərbaycan vətəndaşı həlak olub

Türkiyədə zəlzələ bölgəsindən 513 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazilriyi və digər qurumlar ilə intensiv əməkdaşlıq şəraitində davam edir.

Oxumağa davam et Türkiyədə zəlzələ bölgəsindən 513 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub

Türkiyədən Azərbaycan vətəndaşlarının təxliyyəsini davam edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, Türkiyədəki Səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Oxumağa davam et Türkiyədən Azərbaycan vətəndaşlarının təxliyyəsini davam edir

XİN:Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gedişatını pozur

Azərbaycanın Xarici İşlər Nazirliyinə mediadan 7 fevral 2023-cü il tarixində Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirdiyini bəyan etdiyi ilə bağlı sual daxil olub.

Oxumağa davam et XİN:Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gedişatını pozur

Türkiyədə zəlzələ zonasında olan Azərbaycan vətəndaşları və onların yaxınları hara müraciət etməlidirlər?

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb.

Oxumağa davam et Türkiyədə zəlzələ zonasında olan Azərbaycan vətəndaşları və onların yaxınları hara müraciət etməlidirlər?

İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Oxumağa davam et İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

27 yanvar 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxumağa davam et İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını şərh edib

Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alıb.

Oxumağa davam et XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını şərh edib

Nazir Ceyhun Bayramovun məktubu Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Oxumağa davam et Nazir Ceyhun Bayramovun məktubu Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Qarabağın ekoloji vəziyyəti haqda məlumatlandırılıblar

13 dekabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib.

Oxumağa davam et Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Qarabağın ekoloji vəziyyəti haqda məlumatlandırılıblar

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olub

13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında iştirak edib.

Oxumağa davam et Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olub

Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edir

12 noyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Oxumağa davam et Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edir

Azərbaycan XİN-i Fransa Senatının qətnaməsini rədd edib

15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.

Oxumağa davam et Azərbaycan XİN-i Fransa Senatının qətnaməsini rədd edib

Ermənistanın hərbi təcavüzü nəticəsində öldürülən jurnalistlərə görə ədalət tələb edirik – XİN

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik.

Oxumağa davam et Ermənistanın hərbi təcavüzü nəticəsində öldürülən jurnalistlərə görə ədalət tələb edirik – XİN

XİN Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı təhdidlər barədə mətbuat açıqlaması yayıb

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.

Oxumağa davam et XİN Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı təhdidlər barədə mətbuat açıqlaması yayıb

XİN: Beynəlxalq ictimaiyyət Ermənistanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir

12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib. 

Oxumağa davam et XİN: Beynəlxalq ictimaiyyət Ermənistanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir

Azərbaycan XİN-i Ermənistanın son bəyanatını şərh edib

28 sentyabr 2022-ci il tarixində Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

“Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil.  Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq”,- XİN-nin rəsmi məlumatında qeyd edilib.

Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib. 

Oxumağa davam et Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edir

XİN-də diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib

13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

Oxumağa davam et XİN-də diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib

Azərbaycan XİN-i Birləşmiş Krallığın “fikir azadlığı” anlayışına münasibətini bildirib – VİDEO

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüartın yanaşmasına münasibətini bildirib.

Oxumağa davam et Azərbaycan XİN-i Birləşmiş Krallığın “fikir azadlığı” anlayışına münasibətini bildirib – VİDEO

XİN Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə qəti etirazını bildirib

5 avqust 2022-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxumağa davam et XİN Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə qəti etirazını bildirib

XİN Paşinyanın söylədiklərini şərh edib: Ermənistan siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan baş nazirinin 27 iyun tarixli mətbuat konfransında söylədiklərini şərh edib.

Oxumağa davam et XİN Paşinyanın söylədiklərini şərh edib: Ermənistan siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır

XİN Xocalının Fərrux kəndi ilə bağlı açıqlamanı şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrinin şərh edilməsi ilə bağlı müraciətini cavablandırıb.

Oxumağa davam et XİN Xocalının Fərrux kəndi ilə bağlı açıqlamanı şərh edib

Azərbaycan və Afrika qitəsi ölkələri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib.

Oxumağa davam et Azərbaycan və Afrika qitəsi ölkələri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü

12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Oxumağa davam et Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü

XİN Ermənistan Təhlükəsizlik Şurasının son bəyanatına münasibətini bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirib ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Oxumağa davam et XİN Ermənistan Təhlükəsizlik Şurasının son bəyanatına münasibətini bildirib

XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edib.

Oxumağa davam et XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

XİN: Ermənistan nəticəyə yönəlik danışıqlara hazır olduğunu nümayiş etdirməlidir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri A.Mirzoyanın söylədiklərini şərh edib.

Oxumağa davam et XİN: Ermənistan nəticəyə yönəlik danışıqlara hazır olduğunu nümayiş etdirməlidir

Azərbaycan vətəndaşlarının Ukraynadan Vətənə təxliyyəsi davam edir – ƏLAQƏ NÖMRƏLƏRİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyev şəhərindən Lvov şəhərinə köçürülməsi barədə məlumat yayıb.

Oxumağa davam et Azərbaycan vətəndaşlarının Ukraynadan Vətənə təxliyyəsi davam edir – ƏLAQƏ NÖMRƏLƏRİ

XİN Ukraynada olan Azərbaycan vətəndaşlarının qonşu ölkələrə keçidi ilə bağlı məlumat yayıb

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Oxumağa davam et XİN Ukraynada olan Azərbaycan vətəndaşlarının qonşu ölkələrə keçidi ilə bağlı məlumat yayıb

Ukraynadan Azərbaycana quru yolla hansı ölkənin ərazisindən gəlmək olar?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına getmək imkanı barədə məlumat yayıb.

Oxumağa davam et Ukraynadan Azərbaycana quru yolla hansı ölkənin ərazisindən gəlmək olar?

XİN Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edib.

Oxumağa davam et XİN Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

XİN “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı şərh edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı ilə bağlı sualını şərh edib.

Oxumağa davam et XİN “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı şərh edib

Azərbaycan və Türkiyə 3+3 formatında əməkdaşlıq imkanlarını müzakirə ediblər

8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Oxumağa davam et Azərbaycan və Türkiyə 3+3 formatında əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan XİN-i: Mövcud gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərinin şərh edilməsi ilə bağlı KİV-in müraciətini cavablandırıb.

Oxumağa davam et Azərbaycan XİN-i: Mövcud gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərləri görüşüblər

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü baş tutub.

Oxumağa davam et Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərləri görüşüblər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Belqradda görüşüblər

11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub.

Oxumağa davam et Azərbaycan və Türkiyə xarici işlər nazirləri Belqradda görüşüblər

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə əməkdaşlıq gündəliyini müzakirə ediblər

Bu gün, 7 iyun tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə əməkdaşlıq gündəliyini müzakirə ediblər

XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. 

Oxumağa davam et XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

XİN: Sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddiaları ilə bağlı və beynəlxalq ictimaiyyıtin ən son sərhəd gərginliyinə reaksiyası ilə bağlı suallarını cavablandırıb.

Oxumağa davam et XİN: Sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır

Avropa İttifaqının səfiri ölkəmizdə qazandığı etimadını sıfırlayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas ilə XİN-də keçirilmiş görüş barədə məlumat yayıb.

Oxumağa davam et Avropa İttifaqının səfiri ölkəmizdə qazandığı etimadını sıfırlayıb

BMT Azərbaycan XİN-nin ədalətli narazılığını dəstəkləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun Ermənistan tərəfinin hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə ünvanladığı məktuba dair məlumat yayıb.

Oxumağa davam et BMT Azərbaycan XİN-nin ədalətli narazılığını dəstəkləyib

Azərbaycan və Rusiya XİN rəhbərləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Cari ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Azərbaycan və Rusiya XİN rəhbərləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü 5 saatdır davam edir-VİDEO

Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüşü artıq 5 saatdır ki, davam edir.

Oxumağa davam et Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü 5 saatdır davam edir-VİDEO

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun bəyanatına dair açıqlama yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına dair açıqlama yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirib ki, açıqlamada qeyd edilir ki, məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq etmişdir.

“Qeyd etmək istərdik ki, Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “inaqurasiyasında” iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, işğalçı ölkənin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub”, – deyə Azərbaycan XİN-i açıqlamasında bəyan edib.

Məlumatda qeyd edilib ki, Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.

“ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.

Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür”, -deyə Azərbaycan XİN-i açıqlamasını yekunlaşdırıb.

Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

Oxumağa davam et Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Ceyhun Bayramov: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir -VİDEO

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də türkiyəli həmkarı  Mövlud Çavuşoğlu  ilə görüşüb.

Oxumağa davam et Ceyhun Bayramov: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir -VİDEO