Etiket arxivi: #vaksinasiya

Əks-göstəriş sertifikatını kimlər və necə ala bilərlər?

Azərbaycan ərazisində sentyabrın birindən etibarən kafe, restoran, otel, ticarət mərkəzləri və iri marketlərdə COVID-19 pasportunun, İmmun sertifikatının və ya əks göstəriş sertfikatının tələb olunması ilə bağlı əhali arasında bir sıra aktual suallar ortaya çıxıb. COVİD-19 pasportu və İmmun sertifikatı ilə bağlı sualların cavabı yetərincə aydın olduğu halda, vaksinə əks göstəriş sertifikatının kimlərin ala biləcəyi ilə bağlı suallar çoxdur.

Oxumağa davam et Əks-göstəriş sertifikatını kimlər və necə ala bilərlər?

Azərbaycanda vaksinasiya kütləviləşir – VİDEO

Nazirlər Kabinetinin qərarına əsasən 1 sentyabr tarixindən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün dövlət orqanlarının, tibb və əczaçılıq müəssisələrinin, elm və təhsil müəssisələrində çalışan əməkdaşlarının, azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq. Qapalı İctimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin xidmətlərindən istifadə edənlərdən və tələbələrdən COVID-19 pasportu və ya immun sertifikatı tələb olunacaq.

Oxumağa davam et Azərbaycanda vaksinasiya kütləviləşir – VİDEO

“İmmunitet sertifikatı” və “Peyvənd sertifikatı” nədir və kimlərə verilir?

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlar tərəfindən vaksinasiya ilə bağlı ən çox verilən sualları cavablandırıb.

Oxumağa davam et “İmmunitet sertifikatı” və “Peyvənd sertifikatı” nədir və kimlərə verilir?

Allergiyası olan insanlara COVİD-19 peyvəndi vurdura bilərmi?

Vaksinasiya (peyvəndləmə) prosesi başlayan bu günə qədər peyvəndlərin hansı xəstələrə vurulması məqsədə uyğun olduğu, hansılara isə qadağan olunduğu haqda ictimai müzakirələr davam edir. Xarici mənbələrin xroniki xəstələrə, ürək-damar sistemi xəstələrinə, şəkərli diabet xəstələrinə, yuxarı tənəffüz yollarında və ciyərlərində problemi olan, allergiyadan əziyyət çəkən  insanlara peyvəndlərin vurulması qənaətbəxş olmadığı qeyd edilsə də həkimlər vaksindən və ölkədən asılı olaraq fərqli mövqedən çıxış edirlər. Azərbaycan Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva “İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır” deyə bu təzadlı məsələyə aydınlıq gətirib.

Oxumağa davam et Allergiyası olan insanlara COVİD-19 peyvəndi vurdura bilərmi?

Koronavirusla mübarizə davam edir- 40 yaşdan yuxarı vətəndaşları vaksinasiyası başlanır – VİDEO

Bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində 40-dan yuxarı olan vətəndaşların vaksinasıyası elan edilib.

Oxumağa davam et Koronavirusla mübarizə davam edir- 40 yaşdan yuxarı vətəndaşları vaksinasiyası başlanır – VİDEO

“Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqi tədqiqatları başlayır – VİDEO

Bu ayın sonuna kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dünyada ilk dəfə “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların başlanması gözlənilir.

Oxumağa davam et “Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqi tədqiqatları başlayır – VİDEO

Vaksinasiya ilə bağlı sorğu keçirilib: respondentlərin 44% peyvənd olunanların reaksiyasını gözləyir

“Media Təhlil Mərkəzi” keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.  Mərkəz “COVİD-19” əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.

Oxumağa davam et Vaksinasiya ilə bağlı sorğu keçirilib: respondentlərin 44% peyvənd olunanların reaksiyasını gözləyir