Etiket arxivi: #Universitet

Azərbaycan universitetləri dünya reytinqində niyə yoxdur?

Beynəlxalq səviyyəli universitetlərin reytinq cədvəlləri hər il müəyyən olunur. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” – Quacquarelli Symonds təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim – tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. Böyük Britaniyanın “Times Higher Education” jurnalı, Çinin Şanxay reytinq cədvəli də etibarlı mənbələrdən sayılır. Universitetlərimizin tanınmış reytinqlərdə nəzərəçarpan yer tutması isə bir qədər müşkül olub. Bəs, Azərbaycan universitetləri niyə dünya reytinqlərində yer ala bilmir?

Oxumağa davam et Azərbaycan universitetləri dünya reytinqində niyə yoxdur?

İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut fəaliyyət göstərəcək.

Bunu ADA Universiteti ilə İtaliyanın universitetləri arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsidən sonra Prezident İlham Əliyev çıxışında qeyd edib.

Oxumağa davam et İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut fəaliyyət göstərəcək.

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3.19-cu bəndinə əsasən dövlət və bələdiyyə tərəfindən təhsil müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla) publik hüquqi şəxs formasında yaradılır və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə əsasən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi, habelə nizamnamənin təsdiq edilməsi və dəyişdirilməsi, eləcə də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Bununla əlaqədar olaraq Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi məqsədilə Nazirlər Kabinetinin 291 №-li Qərarı qəbul edilib.